Bank Of Baku

“Qalatasaray” Azərbaycan klubunu məğlub edib

“Qalatasaray” Azərbaycan klubunu məğlub edib
# 14 fevral 2013 10:21 (UTC +04:00)

 

Bakı – APA. Türkiyədə təlim-məşq toplanışında olan qadınlardan ibarət “İqtisadçı” voleybol klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, universitet komandası ikinci sınaq matçında da “Qalatasaray”la qarşılaşıb.

 

Meydan sahiblərinə ilk qarşılaşmada 3:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi bu dəfə eyni hesabla uduzub – 1:3 (24:26, 25:18, 11:25, 20:25).

 

Qeyd edək ki, “İqtisadçı” qonşu ölkədə bu gün 3-cü matçını keçirəcək. Rəqib isə “Beşiktaş” olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR