Bank Of Baku

“Rabitə” klubunun voleybolçusu: “Qələbə seriyamızı davam etdirəcəyik”

“Rabitə” klubunun voleybolçusu: “Qələbə seriyamızı davam etdirəcəyik”
# 12 dekabr 2012 12:30 (UTC +04:00)

 

Bakı-APA. “Qrup mərhələsini 100 faizlik nəticə ilə başa vurduğumuz üçün xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə”nin voleybolçusu Mira Qoluboviç deyib.


Serbiyalı legioner Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində Çexiya təmsilçisi “Agel”lə qarşılaşma (3:0) haqda fikirlərini açıqlayıb. Azərbaycan çempionunun kapitanı qrupda qazanılan ardıcıl 6-cı qələbədən məmnunluğunu gizlətməyib: “Pley-off mərhələsinə yüksələn 12 komanda arasında ən yaxşı nəticəyə imza atdığımız üçün sevinirik. Lakin bununla kifayətlənmək niyyətində deyilik. Qələbə seriyamızı növbəti mərhələlərdə də davam etdirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR