Bank Of Baku

“Torino”nun voleybolçusu Azərbaycanda oynayacaq

“Torino”nun voleybolçusu Azərbaycanda oynayacaq
# 18 dekabr 2012 09:20 (UTC +04:00)

Bakı – APA. “Azərreyl” qış fasiləsi ərəfəsində yeni transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, ulduzlardan təşkil olunan komanda hücumçularının özlərini doğrultmaması səbəbindən Litva əsilli İndre Sorokayte ilə anlaşıb.

 

Hazırda İtaliya vətəndaşlığını daşıyan 24 yaşlı voleybolçu “Torino”dan mövsümün sonuna icarəyə götürülüb. 2009-cu ildən bu komandanın şərəfini qoruyan 188 sm boya malik Sorokayte onların A2-dən A1 Seriyasına yüksəlməsində böyük rol oynayıb.

 

İndre daha öncə isə “Montesilvano” (2003-2004), “Kastelfidardo” (2004-2006) və “Foppapedretti” (2006-2009, hamısı İtaliya) klublarının şərəfini qoruyub. O, Berqamo təmsilçisi ilə 2007-ci və 2009-cu illərdə Çempionlar Liqasının gümüş medalını, 2008-ci ildə isə İtaliya kubokunu qazanıb.

 

Qeyd edək ki, Çempionlar Liqasının pley-offunda “Lokomotiv”lə oynayacaq “Azərreyl”də Sorokaytenin gəlişi ilə ümidləri doğrultmayan sloveniyalı Tina Lipiçer komandadan gedişi gündəmə gəlib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR