Bakı – APA. Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Lüksemburqda təşkil olunan mərasimdə Azərbaycan Super Liqasının gümüş medalçısı “Azəryol”un rəqibi də bilinib.
Qitənin ən mötəbər turnirində mübarizəni davam etdirən yeganə təmsilçimizin bəxtinə I pley-off mərhələsində İtaliyanın “Yamamay” klubu düşüb. Aleksandr Çervyakovun yetirmələri əvvəlki gücündə olmayan Busto Arsizo komandasını keçəcəyi halda, II pley-off mərhələsində daha güclü rəqiblə oynayacaq. Çünki 1/3 finalda “Azəryol” “Pyaçentsa” (İtaliya) - “Dinamo” (Rusiya, Moskva) cütünün güclüsünü də mübarizədən kənarlaşdırmalıdı ki, “Dördlər finalı”na yüksəlsin.
Yarımfinalda isə komandamızın bəxtinə Türkiyə, Rusiya və ya Almaniya klublarından biri düşə bilər. “Azəryol” ev sahibi ilə yalnız finalda üz-üzə gəlmək şansına malikdi.
I pley-off mərhələsi, 10-12 fevral – 17-19 fevral
1. “Dinamo” (Rusiya, Kazan) - “Vakıfbank” (Türkiyə)
2. “Drezdner” (Almaniya) - “Fənərbaxça” (Türkiyə)
3. “Kann” (Fransa) - “Volero” (İsveçrə)
4. “Agel” (Çexiya) - “Əczaçıbaşı” (Türkiyə)
5. “Azəryol” (Azərbaycan) - “Yamamay” (İtaliya)
6. “Pyaçentsa” (İtaliya) - “Dinamo” (Rusiya, Moskva)
II pley-off mərhələsi, 3-5 mart – 10-12 mart
7. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
8. 4-cü cütün qalibi - 3-cü cütün qalibi
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
“Dördlər finalı”, 4-5 aprel
9-cu cütün qalibi – 7-ci cütün qalibi
“Ximik” (Polşa) – 8-ci cütün qalibi
Qeyd edək ki, “Dördlər final”ına Polşanın “Ximik” klubu ev sahibliyi edəcəyindən pley-off mərhələlərindən azaddı. Matçlar Şetsin şəhərində keçiriləcək.