Bank Of Baku

ABŞ millisinin hücumçusu Azərbaycanda oynayacaq

ABŞ millisinin hücumçusu Azərbaycanda oynayacaq
# 27 yanvar 2014 11:01 (UTC +04:00)

Bakı – APA. Bakının “Lokomotiv” klubu heyətinə yeni voleybolçu qatıb. Apasport.az saytının məlumatına görə, CEV kuboku ilə vidalaşdığından qarşısına Super Liqada mükafatçılar sırasına düşməyi hədəf qoyan “dəmiryolçular” ABŞ millisinin hücumçusu Kessidi Lixtmanı transfer ediblər.
 
Əvvəllər toppaylayıcı mövqeyində də oynamış 25 yaşlı voleybolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. “Lokomotiv”ə İsveçrə “Hotel Kristal”ından gələn Lixtman hücumda olan boşluğu aradan qaldırarsa, anlaşmanın müddətinin uzadılması istisna deyil.
 
2011-ci ildən millisinin şərəfini qoruyan voleybolçu daha öncə ölkəsində “Stanford Universiteti” (2007-2008, 2010-2011) və Polşada “Aluprof” klublarında çıxış edib. Yığmasının heyətində 2 dəfə Panamerika kubokunu (2012, 2013), 1 dəfə Şimali Amerika çempionatının qızıl medalını qazanıb. 185 sm boya malik oyunçu ötən il “Grand Champions Cup”ın finalında oynayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR