Bank Of Baku

Azərbaycan çempionatında beşinci yeri tutan komanda avrokubokda oynayacaq

Azərbaycan çempionatında beşinci yeri tutan komanda avrokubokda oynayacaq
# 10 may 2013 11:02 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 5-ci yeri tutan “Bakı-Azəryol” avrokubokda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, “İqtisadçı”nın Çempionlar Liqasına güzəştli kart alması onların qarşısında “yaşıl işıq” yandırıb.

 

Belə ki, qitənin ən nüfuzlu klub turnirində 2 deyil, 3 komandamız çıxış edəcəyindən CEV kubokunda 4-cü yerlə yanaşı, 5-ci pillənin sahibi mübarizə aparacaq. Bu turnirdə “Lokomotiv”lə cütlük təşkil edəcək “Bakı-Azəryol” ardıcıl ikinci il bu turnirdə oynayacaq.

 

Qeyd edək ki, Çempionlar Liqasında “İqtisadçı” ilə bərabər, “Rabitə” və “Azərreyl” gücünü yoxlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR