Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, həlledici oyunlar aprelin 5-də start götürəcək.
Çempionatda qızıl və bürünc medalçıların adına müxtəlif vaxtlarda da aydınlıq gələ bilər. Belə ki, qalibin adı 3 qələbənin yekununa əsasən dəqiqləşəcəyindən mükafatçıların da müxtəlif vaxtlarda müəyyənləşməsi istisna deyil.
Final mərhələsi
5 aprel
I oyunlar
Üçüncü yer uğrunda
17:00. “Lokomotiv” - “Azəryol”
Final
19:00. “Azərreyl” – “Telekom”
7 aprel
II oyunlar
17:00. “Telekom” - “Azərreyl”
19:00. “Azəryol” – “Lokomotiv”
9 aprel
III oyunlar
17:00. “Lokomotiv” - “Azəryol”
19:00. “Azərreyl” – “Telekom”
14 aprel
IV oyunlar (ehtiyac olarsa)
17:00. “Telekom” - “Azərreyl”
19:00. “Azəryol” – “Lokomotiv”
16 aprel
V oyunlar (ehtiyac olarsa)
17:00. “Lokomotiv” - “Azəryol”
19:00. “Azərreyl” – “Telekom”