Bank Of Baku

Azərbaycan çempionatının təqvimində yenə dəyişiklik edilib

Azərbaycan çempionatının təqvimində yenə dəyişiklik edilib
# 27 fevral 2014 11:37 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti təqvim dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, bu dəfə IX və X turun oyunlarının vaxtı başqa günə keçirilib.


Belə ki, Azərbaycan çempionu “Rabitə”nin Çempionlar Liqasının “Dördlər finalı”na hazırlığı məqsədilə martın 5-də “Azərreyl”lə oynayacağı matç 1 gün sonraya təyin edilib. Qarşılaşmanın başlama saatı və keçirilmə yeri də dəyişdirilib. Eldar Yusubovun komandası “dəmiryolçular”ı Voleybol Mərkəzində deyil, həlledici mərhələnin baş tutacağı “Kristal Hall”da qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.

II dövrənin son oyununa təsadüf edəcək IX turun “Lokomotiv” – “Rabitə” dueli də 1 gün tez olacaq. Həmin qarşılaşma da “Kristal Hall”da təşkil ediləcək və 19:00-da start götürəcək.

Həmçinin, IX turun “İqtisadçı” – “Azəryol” görüşü də nəzərdə tutulan saatda başlamayacaq. Onlar “Rabitə” – “Azərreyl” oyunu başqa günə keçirildiyindən, saat 19:00-da deyil, 2 saat tez meydana çıxacaqlar.


28 fevral
X tur
15:00. “Telekom” – “İqtisadçı”

5 mart
IX tur
17:00. “İqtisadçı” – “Azəryol”

6 mart
X tur
19:00. “Rabitə” – “Azərreyl”

7 mart
IX tur
19:00. “Lokomotiv” – “Rabitə”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR