Bakı – APA. “Rabitə”nin kolumbiyalı voleybolçusu Madeleyne Montano karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi mövsümün əvvəlində Cənubi Koreyanın “Daejeon” komandasından transfer etdiyi legionerlə müqaviləni yeniləməyib.
Belə ki, 1 illik müqaviləsi başa çatan Montano “Rabitə”dən ayrılıb. O, artıq özünə yeni komanda da tapıb. Kolumbiya millisinin lideri çıxışını “Qalatasaray”da davam etdirəcək. 2012/2013 mövsümündə Super Liqanın ən dəyərli oyunçusu seçilən Madeleyne İstanbul klubu ilə 1 illik rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, “Rabitə” ilə Azərbaycan çempionu adını qazanan Montano klublararası dünya çempionatının və Çempionlar Liqasının finalçısı olub. O, həmçinin bakılılarla ÇL-in bombardiri adını qazanıb.