Bank Of Baku

Azərbaycan çempionu “Qalatasaray”la müqavilə bağladı

Azərbaycan çempionu “Qalatasaray”la müqavilə bağladı
# 16 may 2013 07:04 (UTC +04:00)

Bakı – APA. “Rabitə” kolumbiyalı Madeleyne Montanonun ardından daha bir voleybolçusunu itirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu 2 il öncə transfer etdiyi Dobriana Rabadjiyeva ilə vidalaşıb.

 

Belə ki, Bakı təmsilçisi müqaviləsi başa çatan Bolqarıstan yığmasının üzvü ilə müqaviləni artırmayıb. Nəticədə “Rabitə” ilə 2 dəfə Azərbaycan çempionu olan, klublararası dünya çempionatının qızıl və gümüş, Çempionlar Liqasının gümüş medallarını qazanan Rabadjiyeva “Qalatasaray”la anlaşıb. O, istanbullularla 1 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, Montano da yeni mövsümdə “Qalatasaray”da oynayacaq.

 

 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR