Bank Of Baku

Azərbaycan çempionu avrokuboka 1/16 finaldan başlayacaq

Azərbaycan çempionu avrokuboka 1/16 finaldan başlayacaq
# 29 iyun 2018 13:45 (UTC +04:00)

Qadın voleybolçular arasında “Çelenc Cup”ın püşkü atılıb. Apasport.az saytının məlumatına görə, avrokubokdakı yeganə təmsilçimiz “Azərreyl”in də rəqibi müəyyənləşib.

 

Püşkə əsasən Azərbaycan çempionu ilk qarşılaşmasında “Kayroş” (Portuqaliya) – “Hermes” (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək. Mübarizəyə 1/16 finaldan başlayacaq Bakı təmsilçisi birinci matçını səfərdə, cavab oyununu paytaxtda keçirəcək. Matçlar noyabrın 27-29-u və dekabrın 4-6-sı tarixlərində olacaq.

 

Cütün qalibi 1/8 finalda “Aydın BBSK” (Türkiyə) – “Famalikao” (Portuqaliya)/“Haris La Laquna” (İspaniya) oyunun güclüsü ilə qüvvəsini sınayacaq.

 

Turnirin II təsnifat mərhələsi isə noyabrın 6-8-də və 13-15-də baş tutacaq. Məhz həmin qarşılaşmalardan sonra da “Azərreyl”in rəqibi dəqiqləşəcək.

 

Qeyd edək ki, “Çelenc Cup”ın martın 27-də bilinəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR