Bank Of Baku

Azərbaycan çempionunun 4 həndbolçusu avrokubokların bombardirləri siyahısına daxil olub

Azərbaycan çempionunun 4 həndbolçusu avrokubokların bombardirləri siyahısına daxil olub
# 15 fevral 2014 09:40 (UTC +04:00)

Bakı-APA. Qadın həndbolçular arasında Çelenc kubokunun ən məhsuldar oyunçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsi ərəfəsində açıqlanan siyahıda Azərbaycan təmsilçiləri də yer alıb.


Belə ki, turnirin 50 ən yaxşı bombardirindən 4-cü Azərbaycan çempionu ABU-nun üzvləridir. Bakı klubunun heyətində ən çox qol vuran Marina Tankatskaya 27 qolla 4-5-ci yerləri bölüşür. İnarə Yusibova ilə İranə Qasımova isə 8-11-ci yerlərə şərik olan 4 həndbolçu sırasındadır. Onlar hərəyə 21 dəfə fərqləniblər. 13 qolu olan Marta Abbasova isə 33-40-cı yerlərdə qərarlaşan oyunçular arasındadır.

Bombardirlər cədvəlinə isə Fransanın “Union” klubunun hücumçusu Aleksandra Lakraber başçılıq edir. 4 matç keçirən hücumçu 34 qola imza atıb.

Qeyd edək ki, ABU 1/8 finalda Serbiya “Milenium”una uduzaraq (29:33, 26:29) mübarizəni dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR