Bank Of Baku

Azərbaycan millisinin hücumçusu İsveçrə klubunda oynayacaq

Azərbaycan millisinin hücumçusu İsveçrə klubunda oynayacaq
# 13 iyun 2014 12:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova karyerasını yenidən İsveçrədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçumuz son 2 mövsümdə formasını geyindiyi Rusiya “Omiçka”sı ilə müqaviləsini qarşılıqlı şəkildə pozaraq, “Volero” ilə anlaşıb.

 

Məmmədova çox güman ki, karyerasını məhz bu klubda başa vuracaq. Çünki Natalya Sürix təmsilçisi ilə 5 illik müqavilə bağlayıb. Təmsilçimizi “Omiçka”da isə Brankiça Mihayloviç əvəzləyib.

 

Qeyd edək ki, voleybolçumuz 2005/2006 və 2007/2008 mövsümündə də “Volero”da çıxış edib. O, bu klubla İsveçrə çempionu və kubokunu da qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR