Bank Of Baku

Azərbaycan yığması Çin və Amerika klubları ilə oynayacaq

Azərbaycan yığması Çin və Amerika klubları ilə oynayacaq
# 28 fevral 2013 08:29 (UTC +04:00)

 

Bakı – APA. Kişi basketbolçulardan ibarət Azərbaycan yığması Qırğızıstanın Bişkek şəhərində keçiriləcək ənənəvi “Novruz” turnirində iştirak edəcək. Bu barədə məlumatı apasport.az saytına millimizin baş məşqçisi Elxan Əliyev verib.

 

Onun sözlərinə görə, ardıcıl 3 dəfə (2010-2012) qalibi olduqları yarışda yığmamızın legionerləri oynamayacaqlar: “Biz turnirdə yığma kimi iştirak etməyəcəyik. Çünki komandamızın xaricdə forma geyinən basketbolçuları ölkə çempionatında oynayırlar. Bu səbəbdən də səfərə klublar yığması kimi gedəcəyik”.

 

Martın 16-23-də baş tutacaq turnirdə təmsilçimizlə yanaşı, Amerika, Rusiya, Çin, Türkiyə klubları, habelə Özbəkistan və Qırğızıstan yığmaları qüvvələrini sınayacaqlar.

 

Qeyd edək ki, komandamız səfərə martın 15-də yola düşəcək.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR