Bank Of Baku

Azərbaycan yığması reytinq siyahısında 17 pillə geriləyib

Azərbaycan yığması reytinq siyahısında 17 pillə geriləyib
# 14 avqust 2013 09:27 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Voleybol Federasiyası (FİVB) yeniyetmə və gənclərdən ibarət milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan yığmaları üçün uğurlu alınmayıb.


Belə ki, oğlanlardan ibarət komandaların sırasında yer almayan ölkəmiz yalnız qızların reytinq siyahısında təmsil olunub.

 

Millimiz yeni cədvəldə İsveçrə, Kipr, Türkmənistan, Küveyt, İsveç və İngiltərə ilə 69-75-ci yerlərə şərikdir. Bu isə o deməkdir ki, aktivində cəmi 1 xalı olan komandamız son siyahı ilə müqayisədə nə az, nə çox – 17 pillə geriləyib.

 

İlk “üçlük”də isə müvafiq olaraq, Çin (256), Braziliya (216) və Yaponiya (202) qərarlaşıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR