Bank Of Baku

Azərbaycan yığması reytinq siyahısında irəliləyib

Azərbaycan yığması reytinq siyahısında irəliləyib
# 14 sentyabr 2015 12:20 (UTC +04:00)

Bakı – APA. Avropa Voleybol Konfederasiyası (CEV) qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 47 komandası yer alıb.

 

Faiq Qarayevin çalışdırdığı Azərbaycan yığması aktivindəki xalların sayını 252-yə yüksəltməklə, ilk “onluğa” daxil olub. Əvvəlki siyahı ilə müqayisədə iki pillə irəliləyərək, 10-cu pillədə qərarlaşan komandamız Çexiya və Fransanı arxada qoyub.

 

Millimizin hesabındakı 252 xalın 44-ü Bakıda keçirilən I Avropa oyunlarındakı nəticələrə görə əldə olunub. 72 xal AVRO-2013-də, 84 xal AVRO-2011-də, 32 xal DÇ-2014-ün seçmə, 10 xal isə London-2012-nin təsnifat mərhələsində qazanılıb.

 

Cədvəlin ilk pilləsində isə mövqeyini qoruyan Rusiya qərarlaşıb – 326 xal. Serbiya (324) yeni ikinci olduğu halda, Avropa çempionatındakı rəqiblərimizdən Türkiyə (320) üçüncü yerə qalxıb.

 

AVRO-2015-dəki digər rəqiblərimizdən Belçika (260) yenə 8-ci olduğu halda, Avropa Liqasını qazanan Macarıstan 4 rəqibini arxada qoyub. Onlar hazırda 18-cidi.

 

Cədvəldə yer almayan ölkələr siyahısında Ermənistan da var.

 

Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını 4-cü yerdə bitirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR