Bakı – APA. Dünya çempionatının seçmə mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız Bakıda qonaq olan Rusiyanın “Uraloçka” klubunu qəbul edib.
Görüş yığmamızın 2:1 (31:29, 25:21, 24:26) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimizin “Uraloçka” ilə bu gün də oyunu nəzərdə tutulub.