Bank Of Baku

Azərbaycan yığmasının basketbolçuları Türkiyədə ulduzların matçına dəvət alıblar

Azərbaycan yığmasının basketbolçuları Türkiyədə ulduzların matçına dəvət alıblar
# 17 yanvar 2014 13:17 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Beko liqasında oynayan ulduz basketbollar arasında şou xarakterli görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın ən yaxşıları “legionerlər yığması” ilə qarşılaşacaq.


Yanvarın 19-da Mersində baş tutacaq bu mübarizədə Azərbaycan yığmasının oyunçuları – Orxan Aydınla Çarlz Devis da qüvvəsini sınayacaqlar. Onlardan birincisi “Beko All-Star Türk Yıldızları”, digəri “Beko All-Star Yabançı Yıldızları” komandasında forma geyinəcək.

 

Matçın gedişində ən yaxşı “3 xallıq” və “fırlanaraq” atış edənlərin də yarışması da təşkil ediləcək. Türkiyədə adından söz etdirən Devis 5 rəqiblə birgə “fırlanaraq” ən yaxşı atış etmək adı uğrunda bacarığını da nümayiş etdirəcək.


Qeyd edək ki, şouya qatılacaq basketbolçular səsvermə nəticəsində seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR