Bank Of Baku

Azərbaycan yığmasının İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənib

Azərbaycan yığmasının İslam Həmrəyliyi Oyunlarında iştirakı təsdiqlənib
# 28 fevral 2013 09:47 (UTC +04:00)

 

Bakı – APA. Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının III İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəyi təsdiqlənib. Apasport.az saytının məlumatına görə, 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilən ilk İslamiadada çempion olan yığmamız İndoneziyada baş tutacaq yarışa da qatılacaq.

 

İslam Həmrəyliyi Oyunları mayın 31-dən iyunun 17-dək Pekanbaru şəhərində keçiriləcək. Komandamızın titulunu qorumaq üçün İndoneziyaya güclü heyətlə gedəcəyi gözlənilir. Yarışlar 18 idman növü üzrə olunacaq.

 

Qeyd edək ki, Azərbaycan 2017-cü ildə IV İslam Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR