Quba. Vəli Turan – APA. Azərbaycanda ilk dəfə Milli Qolf Turniri start götürüb.
APA-nın məlumatına görə, Azərbaycan Qolf Federasiyasının və Milli Qolf Klubunun təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan vətəndaşları, ölkəmizdə çalışan əcnəbilər, habelə xarici ölkələrdən gəlmiş əcnəbi vətəndaşlar iştirak edirlər.
Heydər Əliyevin xatirəsinə həsr olunan turnir “Mixed Stroke Play” formatında təşkil olunub. Bir mərhələdən ibarət olan turnirdə müxtəlif “handicap” göstəricisinə malik olan həvəskar qolfçular iştirak edirlər.
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov bildirib ki, ölkəmizdə keçirilən bu cür turnirlər qolfun inkişafı baxımdan böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, turnirin əsas mükafatı BMW X1 markalı avtomobildir.