Bank Of Baku

Azərbaycanlı voleybolçu İran klubu ilə müqavilə bağlayıb

Azərbaycanlı voleybolçu İran klubu ilə müqavilə bağlayıb
# 29 dekabr 2012 12:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan milli komandasının voleybolçusu Vüqar Bayramov karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 20 yaşlı idmançı İran Superliqasında mübarizə aparan “Bir Gold İranian” klubuna transfer olunub.

 

Voleybolçumuz İran təmsilçisi ilə hələlik mövsümün sonuna kimi müqavilə imzalayıb. 4-cü zona oyunçusu olan Bayramov bu qərarını təklifləri nəzərdən keçirdikdən sonra verib. Belə ki, İtaliya, İspaniya və Fransa klublarının da heyətlərinə cəlb etmək istədiyi Vüqar öncə İranda oynamaq istəyib.

 

Yeni mövsümdən isə onunla yanaşı, millimizin digər üzvləri Vadim Kutukovla Tural Həsənlinin də ölkə xaricinə üz tutacağı gözlənilir.

 

Qeyd edək ki, Bayramov 2009-cu ildən “Azərneft”in şərəfini qoruyurdu. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR