Bank Of Baku

Bakı klubu Türkiyə toplanışında “Qalatasaray”la qarşılaşacaq

Bakı klubu Türkiyə toplanışında “Qalatasaray”la qarşılaşacaq
# 30 dekabr 2014 11:13 (UTC +04:00)

Bakı – APA. Bakının “Azəryol” voleybol klubunun ardınca “Lokomotiv”in də Türkiyədə hazırlıq keçəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Super Liqada yaranmış fasilədən səmərəli istifadə etməyi planlaşdıran “dəmiryolçular” təlim-məşq toplanışı üçün yanvarın 4-də qonşu ölkəyə yollanacaqlar.

 

Çempionatın sürpriz komandası toplanış çərçivəsində Türkiyə nəhənglərindən “Fənərbahça” , “Beşiktaş” və “Qalatasaray”la yoxlama matçı da keçirəcək. Bakı təmsilçisi ilk oyununa yanvarın 5-də çıxacaq. Onlar həmin gün “sarı-lacivərdlilər”lə güclərini sınayacaq. Bir gün sonra “Beşiktaş”la münasibətinə aydınlıq gətirəcək “Lokomotiv” yanvarın 7-də “sarı-qırmızılar”la üz-üzə gələcək.

 

Komanda yanvarın 8-də toplanışı başa vuraraq, vətənə dönəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR