Bank Of Baku

Bakının “Azəryol” klubu Kanada yığmasının voleybolçusunu transfer edib

Bakının “Azəryol” klubu Kanada yığmasının voleybolçusunu transfer edib
# 03 sentyabr 2014 09:56 (UTC +04:00)

Bakı - APA. “Azəryol” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ötən mövsümü gümüş medalla başa vuran Bakı klubu bu dəfə Kanada millisinin hücumçusu Tabita Lavı rənglərinə bağlayıb.

 

Polşanın “Lodz” klubundan transfer olunan 23 yaşlı voleybolçu ilə 2 illik müqavilə imzalanıb. Daha öncə ABŞ-ın “Minnesota Universiteti” (2009-2011) və “Kaliforniya Universiteti” (2011-2012) klublarının formasını geyinən Lav Puerto-Rikada da legioner həyatı yaşayıb. O, 2012/2013 mövsümünü “Kriollas de Kaquas” klubunun uğurları üçün çalışıb.

 

Lavın yeganə uğuru isə 2011-ci ilə təsadüf edib. O, Amerika qitəsinin universitetlərarası turnirinin qalibi olub.

 

Qeyd edək ki, “Azəryol” daha öncə yığma oyunçularımızdan Oksana Parxomenko, Odina Əliyeva, Ceyran Əliyeva, Anastasiya Qurbanova, həmçinin serbiyalılar Yovana Brakoçeviçlə Yelena Nikoliç, bolqarıstanlılar Straşmira Filipova, Lora Kitipova və braziliyalı Andressa Pikussa ilə müqavilə bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR