Bank Of Baku

Bakının “İqtisadçı” voleybol klubunu yenidən türkiyəli mütəxəssis çalışdıracaq

Bakının “İqtisadçı” voleybol klubunu yenidən türkiyəli mütəxəssis çalışdıracaq
# 06 avqust 2013 09:23 (UTC +04:00)

Bakı-APA. “İqtisadçı” voleybol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisini 2013/2014 mövsümündə türkiyəli Bülənt Karslıoğlu çalışdıracaq.


Bu mütəxəssis “tələbələr” üçün heç də yad deyil. Belə ki, 2011/2012 mövsümünün gedişində komandanın sükanı arxasına gətirilən, ardınca 1 illik müqavilə imzalanan Karslıoğlu ötən il XIII turdan sonra istefaya göndərilmişdi. Halbuki həmin vaxt “İqtisadçı” I yerdə gedirdi.

Görünür, komanda rəhbərliyi yenidən uğur qazanmaq üçün türkiyəliyə ehtiyac duyub və yenidən baş məşqçi postunu ona həvalə edib. Bu dəfə isə Karslioğlunun ən azı 1 il “müəllim” işləyəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Karslıoğlunun gedişindən sonra klub Kiattiponq Radçataqriaqkrı baş məşqçi postuna gətirsə də, tailandlı ölkəmizdə uğursuzluqla yadda qaldı. Nəticədə ötən mövsümün sonunda o da komandadan qovuldu və “İqtisadçı”nı son turlara köməkçi məşqçi Fərid Cəlalov çıxardı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR