Bank Of Baku

Belarus millisi Azərbaycan yığması ilə oyuna itkilərlə çıxacaq

Belarus millisi Azərbaycan yığması ilə oyuna itkilərlə çıxacaq
# 12 iyun 2013 15:06 (UTC +04:00)

Bakı - APA. Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilə C qrupunda yer alan Belarus millisinin hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, Viktor Qonçarovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışına avqustun 1-də başlayacaq.


Belaruslular xaricdə hərəsi 2 həftə olmaqla, 2 müxtəlif məkanda hazırlıq keçməyi planlaşdırır. Ancaq Qonçarov bunun tezliklə olmayacağını bildirib: “İndi isə iyunun 22-nə kimi Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə olacaq ənənəvi beynəlxalq turnirə hazırlıq keçəcəyik. Bu, iyunun 24-dən 29-na kimi Pavlodar şəhərində baş tutacaq. Həmin turniri 5 əsas oyunçumuz – Marina Tumas, Olqa Palçevskaya, Anna Şevçenko, Anna Kalinovskaya və Tatyana Markeviç buraxacaq. Pley-offda Slovakiya millisinə qarşı oynamış digər 7 voleybolçu isə təlim-məşq toplanışına dəvət olunub”.

Qeyd edək ki, Qazaxıstandakı turnirdə Azərbaycan millisi də mübarizə aparacaq. Avropa çempionatının final mərhələsi isə sentyabrın 6-14-də Almaniya və İsveçrədə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR