Bank Of Baku

Gürcüstan yığmasının üzvü Azərbaycanda oynayacaq

Gürcüstan yığmasının üzvü Azərbaycanda oynayacaq
# 31 oktyabr 2014 12:09 (UTC +04:00)

Bakı – APA. “Telekom” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, əsasən gənc və perspektivli oyunçularla güclənən Bakı klubu bu dəfə Gürcüstan millisinin blokçusu Tinatin Tçautçidzeni heyətinə cəlb edib.

 

23 yaşlı voleybolçu 2006-cı ildən müxtəlif yaş qruplarından ibarət yığma komandalarının şərəfini qoruyub. 187 sm boya malik oyunçu əsas millidə AVRO-2011-in seçmə mərhələsində debüt edib. Qonşu ölkənin son illər üçün ən perspektivli oyunçusu hesab olunan Tçautçidze daha öncə Türkiyədə legioner həyatı yaşayıb. O, “Coşkunöz Spor”da oynayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR