Bank Of Baku

Həndbol üzrə Azərbaycan çempionu “Çelenc Cup”da çıxışını dayandırıb

Həndbol üzrə Azərbaycan çempionu “Çelenc Cup”da çıxışını dayandırıb
# 04 fevral 2013 09:41 (UTC +04:00)

Bakı-APA. Qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu ABU Polşanın “Politexnika” komandası ilə qarşılaşıb.

Təmsilçimiz səfərdə keçirdiyi hər 2 oyunda darmadağına üzülüb – 15:38, 22:37. İki oyunun cəmində (37:75) meydan sahibləri 2 dəfədən də böyük üstünlüyə nail olub. Böyük Britaniyadan olan referilər – Allan Stokes və Brian Bartlettin idarə etdiyi matçlarla ABU avrokubok mövsümünü başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR