Bakı-APA. Dünyanın bir nömrəli tennisçisi amerikalı Serena Uilyams Fransanın tennis üzrə açıq çempionatının (Roland Garros) qalibi olub.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu gün Parisdə baş tutan həlledici oyunda S.Uilyams turnirin keçənilki qalibi, dünya ikincisi, rusiyalı Mariya Şarapovanı 2:0 hesabı ilə (6:4, 6:4) məğlub edib.
Final oyun 1 saat 46 dəqiqə davam edib.
Qeyd edək ki, bu Serena Uilyamsın “Böyük dəbilqə” turnirlərində 16-cı, “Roland Garros” yarışmasında isə 2-ci qalibiyyətidir. O, ilk dəfə 2002-ci ildə “Roland Garros” turnirinin qalibi olub.
Qeyd edək ki, 2013-cü ildə “Roland Garros” turnirinin mükafat fondu 21 milyon 17 min avro təşkil edib.