Bank Of Baku

Martın 15-16-da Bakıda voleybol üzrə Çempionlar Liqasının “Dördlər finalı” keçiriləcək

Martın 15-16-da Bakıda voleybol üzrə Çempionlar Liqasının “Dördlər finalı” keçiriləcək
# 14 mart 2014 23:02 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, paytaxtımız növbəti dəfə qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək.

 

Əgər 2012-ci ildə keçirilən həlledici mərhələdə Bakı klubu yox idisə, bu dəfə Azərbaycanın idman şərəfini son illərin dəyişməz ölkə çempionu “Rabitə” qoruyacaq.

 

Tarixi ərzində Çempionlar Liqasında 18 ev oyununa çıxan və bunların yalnız 1-də uduzan komandamız “Kristal Hall”da baş tutacaq həlledici mərhələnin ilk günündə Kazan “Dinamo”su ilə münasibətinə aydınlıq gətirəcək. Matçda komandamızın üstünlüyü var. Çünki indiyədək Rusiya klubları ilə 5 dəfə qarşılaşan və hamısında qalib gələn “Rabitə” bu görüşlərin ikisində məhz “Dinamo”nu məğlub edib.

 

“Dinamo” – “Rabitə” matçından öncə isə ilk finalçı bilinəcək. Çünki “Dördlər finalı”nın açılış matçı Türkiyənin “Vakıfbank” və “Əczaçıbaşı” klublarının oyununa təsadüf edəcək. Onların bir-birini yaxşı tanıması mübarizələrinin gərgin keçəcəyindən xəbər verir. Çempionlar Liqasının son qalibi “Vakıfbank” titulunu qorumaq, “Əczaçıbaşı” 4 illik fasilədən sonra “Dördlər finalı”na qələbə ilə başlamaq arzusundadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR