Bank Of Baku

Otüstü hokkey üzrə Azərbaycan millisi Dünya Liqasında qrup liderliyinə yüksəlib

Otüstü hokkey üzrə Azərbaycan millisi Dünya Liqasında qrup liderliyinə yüksəlib
# 23 yanvar 2013 16:49 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Keyptaunda keçirilən Dünya Liqasının II raundunda ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk turda Qana yığmasına 4:0 hesabı ilə qalib gələn yığmamız bu dəfə Avstriyanı sınağa çəkib.

 

Qarşılaşma komandamızın qələbəsi ilə başa çatıb. Belə ki, ilk hissədə Lyubov Drujinina və Fəridə Məmmədovanın qollarına rəqib ikinci yarıda Rafaela Rubasın dəqiq zərbəsi ilə cavab veriblər.

 

Nəticədə 2-ci görüşünü də 3 xalla başa vuran Azərbaycan yığması qrupda liderliyə yüksəlib.

 

Qeyd edək ki, ilk turda qalib gələn Belçika bu dəfə istirahət edib. Yarışın digər cütündə isə ev sahibi CAR Qanaya 6:0 hesabı ilə qalib gəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR