Bank Of Baku

Otüstü hokkey yığmamız Polşaya yenə qalib gəlib

Otüstü hokkey yığmamız Polşaya yenə qalib gəlib
# 03 iyul 2013 12:30 (UTC +04:00)

Bakı – APA. Otüstü hokkey üzrə qadınlardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Fransanın Kambre şəhərində keçiriləcək B divizionunda Avropa çempionatına hazırlaşan yığmamız Polşa ilə üz-üzə gəlib.


Bu ölkədəki hazırlıq çərçivəsində 3-cü dəfə meydan sahibləri ilə görüşən yığmamız yenə qalib gəlib – 3:2. İlk hissədə 2 dəfə fərqlənən komandamız fasilədən sonra üstünlüyünü itirsə də, matçın sonlarında qələbə qolunu vurub.

Qeyd edək ki, ilk oyunda rəqibinə 3:4 hesabı ilə uduzan yığmamız 2-ci oyunda 3:2 hesabı qalib gəlmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR