Bank Of Baku

Rusiyanın məşhur klubu yenidən Azərbaycana gəlir

Rusiyanın məşhur klubu yenidən Azərbaycana gəlir
# 28 oktyabr 2014 14:36 (UTC +04:00)

Bakı – APA. Rusiyanın məşhur “Uraloçka” klubu yenidən Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, əfsanəvi Nikolay Karpolun çalışdırdığı 48 yaşlı komanda oktyabrın 31-də paytaxtımızda olacaq.

 

“Azəryol”un dəvəti ilə ölkəmizdə gələcək “Uraloçka” Aleksandr Çervyakovun yetirmələri ilə birgə təlim-məşq toplanışı da keçəcək. Burada əsas məqsəd Bakı təmsilçisinin Çempionlar Liqasında uğurlu çıxışına hesablanıb. Komandalar yoxlama matçında da güclərini sınayacaqlar.

 

“Uraloçka” 1 həftəlik hazırlıqdan sonra vətəninə dönəcək.

 

Qeyd edək ki, “Azəryol”un Çempionlar Liqasında ilk matçı Fransa “Nant”ına qarşı olacaq. Görüş noyabrın 12-də Bakıda keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR