Bakı-APA. Amerikalı tennisçi Serena Uilyams karyerasında üçüncü dəfə “Rolan Qarros” turnirinin qalibi olub. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Serena Uilyams çexiyalı Lüsi Şafarjova ilə final görüşdə hər üç setdə üstünlük əldə edərək finalın qalibi olub. 6:3, 6:7, 6:2 hesabı ilə yekunlaşan final oyun 2 saat davam edib.
Bu Serena Uilyamsın “Böyük dəbilqə” turnirlərində sayca 20-ci qələbəsidir. Ən çox qələbə Şteffi Qrafda qeydə alınıb (22).