Sloveniya yığması Bakıya gəlib

Sloveniya yığması Bakıya gəlib
# 12 may 2015 10:11 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçulardan ibarət Sloveniya millisi ölkəmizə gəlib. Apasport.az saytının məlumatına görə, balkanlılar paytaxtımıza Azərbaycan Voleybol Federasiyasının dəvəti ilə təşrif buyurub.

Bu, yığmamızın Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya və Avropa Oyunlarına hazırlığa hesablanıb. Türkiyədə təlim-məşq toplanışı çərçivəsində İsveçrənin “Volero” klubu, ardınca Bakıda Belarus millisi ilə sınaq oyunları keçirən Faiq Qarayevin yetirmələri Sloveniya ilə də yoxlama matçlarında qüvvələrini sınayacaqlar.

Komandalar arasında ilk görüş sabah olacaq. Növbəti görüşlərin isə mayın 14-də və 16-da baş tutması planlaşdırılır. Qonaqlar mayın 17-də Bakıdan ayrılacaqlar. Sloveniyalılar Avropa çempionatının pley-off mərhələsində Fransa ilə oyun üçün burada birbaşa həmin ölkəyə yollanacaqlar.

Qeyd edək ki, Azərbaycan Slovakiya ilə ilk matçını mayın 23-də Bakıda keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR