Ukraynalı həndbolçu Azərbaycan klubuna keçib

Ukraynalı həndbolçu Azərbaycan klubuna keçib
# 30 iyul 2018 15:22 (UTC +04:00)

Qadın həndbolçulardan arasında Azərbaycan çempionatının gümüş medalçısı “Azəryol” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, ABU-nun xələfi növbəti legioner transferini rəsmiləşdirib.

Ölkəmizi “Çelenc Cup”da təmsil edəcək bakılılar ukraynalı Mariana Konovalova ilə danışıqları müsbət yekunlaşdırıblar. 22 yaşlı sol cinah oyunçusu ilə 1 illik müqavilə imzalanıb. O, Bakı klubuna Ukrayna çempionu və ölkə kubokunun sahibi olduğu “Qaliçanka”dan transfer edilib.

Qeyd edək ki, “Azəryol” “Çelenc Cup”ın III mərhələsindən mübarizəyə başlayacaq. Onların rəqibi Türkiyənin “Ankara Yenimahalle” klubu olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR