Bank Of Baku

“Xəzər Lənkəran”ın hakimi təhqir edən qapıçısı diskvalifikasiya olunub

“Xəzər Lənkəran”ın hakimi təhqir edən qapıçısı diskvalifikasiya olunub
# 23 aprel 2019 12:47 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsi aşağı yaş qrupları üzrə liqalarda baş verən xoşagəlməz hadisələri araşdıraraq müvafiq qərarlar verib. 

ONA-nın məlumatına görə, U-17 Liqasının “Mil-Muğan” (İmişli) – “Xəzər Lənkəran” matçının 65-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırılan qonaqların qapıçısı Ayaz Məmmədliyə cəza verilib.

O, dörd oyunluq diskvalifikasiya edilib. Oyunun 67-ci dəqiqəsində onun komanda yoldaşı Rəvan Quluzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 2 oyun cəza alıb.

Komitə baş tutmayan oyunlarla bağlı qərarlarını da açıqlayıb. U-16 qızlar Liqasının UGİM (Xaçmaz) – “Keşlə” FK (Bakı) matçında qonaqlar iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Futzal üzrə Birinci Liqanın “Baku Fire” – “Abşeron”, ikinci Liqanın “Gənclik” İK – “Xəzər Astara” matçlarında nominal qonaqlar iştirak etmədiyinə görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR