Bank Of Baku

Yığmamız dünya çempionatına məğlubiyyətlə başlayıb

Yığmamız dünya çempionatına məğlubiyyətlə başlayıb
# 06 mart 2019 01:48 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatına start verilib. ONA-nın məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi debütdə Çin yığması ilə üz-üzə gəlib. 
Matç yarışa əsas heyətlə yollanmayan komandamız üçün məğlubiyyətlə yekunlaşıb - 0,5:3,5. Təmsilçimizdən yalnız Nicat Abasov xalları yarı bölüb. Digər şahmatçılarımız dueldən xalsız ayrılıblar.  
I turun digər görüşlərində isə İngiltərə Qazaxıstana, Rusiya İrana 2,5:1,5, Hindistan İsveçə 3,5:0,5, ABŞ Misirə 3:1 hesabı ilə qalib gəlib. 
Qeyd edək ki, millimiz II turda İngiltərə ilə oynayacaq.
I tur
Çin - Azərbaycan - 3,5:0,5

Dinq Liren - Rauf Məmmədov - 1:0
Yu Yanqyi - Qədir Hüseynov  - 1:0
Vey Yi - Eltac Səfərli - 1:0 
Bu Syançji  - Nicat Abbasov - 0,5:0,5

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR