Bank Of Baku

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa 3-cüsü olub

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa 3-cüsü olub
# 15 aprel 2019 10:25 (UTC +04:00)

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.

ONA-nın məlumatına görə, qitə birinciliyində bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamız 76 xal toplayaraq, komanda hesabında 3-cü yeri tutub. 

Rusiya (192) birinci, Türkiyə (132) isə ikinci olub.

Millimizə ən çox xalı finala kimi irəliləyən İslam Abbasov qazandırıb. Avropa ikinciliyinə görə komandamızın hesabına 20 xal yazılıb. Bürünc medalçılar - Eldəniz Əzizli və Taleh Məmmədovdan hərəyə 15 xal gəlibsə, medal görüşündən məğlub ayrılan Orxan Nuriyevin əldə etdiyi xal 10-a bərabər olub. Yığmamıza digər xallar Sabah Şəriəti (8), Murad Məmmədov (6) və debütant Ülvi Qənizadədən (2) gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR