Bank Of Baku

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Göygöldə hazırlıq keçəcək

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Göygöldə hazırlıq keçəcək
# 24 aprel 2019 12:16 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır.

ONA-nın məlumatına görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb. 

Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR