Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin bolqarıstanlı sabiq baş məşqçisi Zlatan Vanev ölkəmizdəki günlərini xatırlayıb. ONA-nın məlumatına görə, 2011-2015-ci illərdə yığmamızı çalışdırmış dünya çempionu komandamıza məcburiyyətdən gəldiyini açıqlayıb.
O bildirib ki, idmançı karyerasını bitirdikdən sonra Bolqarıstanda ağır atletika çox ağır dövrünü yaşayırdı: “Böyük problemlər vardı. Demək olar ki, federasiya mövcud deyildi. Həmin vaxt mənim yalnız 1 yetirməm vardı. Bu da Valentin Xristov idi. 5 il ərzində bu uşağı öz oğlum kimi hazırladım. Azərbaycandan təklif gəldikdə, 3 dəfə imtina etdim. Səbəb də bu idi ki, hazır yetirməm var. Onunla Bolqarıstanda çalışmaq istəyirdim. Lakin bu alınmadı”.
Z.Vanev qeyd edib ki, ardınca özü Azərbaycan Ağır Atletika Federasiyasına məktub yazıb: “Bildirdim ki, ora məşqçi getsəm yetirməmi də gətirməliyəm. Ona görə məsuliyyət daşıyırdım və atıb gedə bilməzdim. Heç kim Bolqarıstanda belə bir idmançının olduğunu bilmirdi. Azərbaycanda mənə dedilər ki, bir ay vaxt verməyə hazırdırlar. Bu müddətdə yetirməmin güclü idmançı olduğunu sübuta yetirsəm, onu heyətə qatmaq üçün hər şey edəcəklər. Mən də Azərbaycana onunla birgə getdim. Onu orda çox sevirdilər. Valentin Xristov mənimlə birlikdə Azərbaycanda qaldı. Ardınca da Boyanka Kostova şəxsi məşqçisi Laçezar Kişkilovla birgə gəldi. 2011-ci il mayın 25-də Bolqarıstan Ağır Atletika Federasiyası Xristovun keçidinə icazə verdi”.
Millimizin sabiq baş məşqçisinin sözlərinə görə, federasiya Azərbaycandan aldığı məbləğdən onlara da müəyyən hissə təklif edib: “Onlar 2 idmançı üçün ümumilikdə 4 min avro aldılar. Bunun sayəsində özlərinə lazım olan ləvazimatlarla təmin olundular. Bunda mənimlə Kişkilovun da payı var. Bəlkə də mən Azərbaycan millisinin rekordçularından biriyəm. Çünki bu postda 4 il 3 ay qaldım”.
Yığmamızdan dopinq qalmaqalına görə ayrılan Z.Vanev ölkəsinin mətbuatına verdiyi müsahibəsində bunu başqa amillə əlaqələndirib: “18 il idmançı kimi millinin üzvü olmuşam. Vaxtım demək olar ki, daim toplanışlarda keçib. Amma mənim də ailəm var. Uşaqlara yoldaşım tək baxırdı. Bu səbəbdən də vətənə qayıtmaq istədim”.
Zlatan Vanev: “Azərbaycandan təklif gəldikdə, 3 dəfə imtina etdim”
Xəbər Lenti
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Putin, Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların mövzuları açıqlanıb
Kreml Putin və Trampın ikitərəfli görüşünün vaxtının hələ razılaşdırılmadığını bildirib
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
Bakıda növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - FOTO
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
Rafiq Danakari: Amaras monastırına ziyarət xüsusi əhəmiyyət daşıyır
Gəncədə yol qəzasında 4 nəfər xəsarət alıb
Moldova Rusiyaya nota verib
Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO
Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
Azərbaycan və bp enerji layihələrinin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanla Gürcüstan arasında iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
Belçika ilə Fransa Ukraynaya ilin sonunadək 12 qırıcı təyyarə verəcək
Nazir: Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Emin Əmrullayev: İxtisas seçimində əmək bazarının tələbləri hər zaman nəzərə alınmır
Trampın Çinə səfəri başlayıb
Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət edib - FOTO
Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək
Nazir: Sertifikasiya nəticələrinə əsasən, işdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir
Qevorq Papoyan: Ermənistan Aİİ-ni Avropa İttifaqı ilə əvəz etməyi nəzərdən keçirmir
Sabah Bakıda 21 dərəcə isti olacaq
Emin Əmrullayev: Əsas prioritetlərdən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB-1 - FOTO
Qlobal təhsil bazarında yeni süni intellekt platforması - UniDestin fəaliyyətə başladı
“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib
Təhsil müəssisələrində istilik sistemləri ilə bağlı mövcud vəziyyət açıqlanıb
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
Rusiya ordusu Xarkov vilayətində bazara zərbə endirib, 12 nəfər yaralanıb
Əsgər ölümündə təqsirləndirilən həkim həbs olunub, 9 min manat təzminat ödəyəcək
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Məqsədli büdcə fondları ləğv olunur, daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid ediləcək
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq
Qoyun əti üzərinə nişan qoyulması üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır
Sahibkarlar işlənmiş məişət cihazları, mobil telefonlar və heyvan tullantılarını nağd qaydada ala biləcək
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
Azərbaycandakı diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək
Onlayn ticarətə dair yeni prosedur müəyyənləşir
Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək
İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri üçün yeni güzəşt olacaq