İranda 2 nəfər edam edilib

İranda 2 nəfər edam edilib
# 11 sentyabr 2013 11:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Simnan vilayətində 2 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin daşınması və saxlanılmasında günahlandırılaraq dara çəkiliblər.

Müttəhimlərin ad və soyadlarının yalnız baş hərfləri qeyd olunub. Onlar tiryək və şişə narkotik maddələrinin daşınması və saxlanılması ilə məşğul olduqlarına görə Şahrud İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum ediliblər. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 10-da səhər saatlarında Şahrud şəhərinin həbsxanasında icra edilib.

Qeyd edək ki, ötən həftənin sonlarında İran Gilan vilayətində 3, Xuzistan və Kohgiluyə və Boyer-Əhməd vilayətlərində isə 2 nəfər dara çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR