Bakıda “Dövlət sektoruna aid binalarda səmərəli enerji satınalmaları” mövzusunda konfrans keçirilib - VİDEO - FOTO

Bakıda “Dövlət sektoruna aid binalarda səmərəli enerji satınalmaları” mövzusunda konfrans keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 13 dekabr 2013 08:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Dövlət sektoruna aid binalarda səmərəli enerji satınalmaları” mövzusunda konfrans keçirilib.


APA-Economics”in məlumata görə, konfransda SAM və ATƏT-in Bakı ofisi tərəfindən hazırlanmış Azərbaycanda ictimai binalarda enerji səmərəliyinin artırılması üçün həyata keçirilən dövlət siyasətinə dair araşdırma təqdim olunub.

Araşdırmada dövlət satınalmalarında xüsusilə yeni binaların tikintisinə diqqət yetirməklə enerji səmərəliliyi üzrə siyasi təlimatlara dair bir yol xəritəsi verilib. Bu yol xəritəsi qərar verənlər və maraqlı tərəflər üçün əsas vəzifələri və mümkün alətləri əks etdirir.


Energetika Nazirliyinin şöbə müdiri Ramiz Rzayev bildirib ki, Azərbaycan bütün enerji resurslarının istehsalçısı və ixracatçısı kimi tanınır. Onun sözlərinə görə, son zamanlar dünya bazarlarında qalxan enerji resurslarının qiyməti ölkəmizi bundan daha səmərəli istifadə etməyə vadar edir: “Energetika Nazirliyi tərəfindən 2014-2020-ci illəri əhatə edəcək enerji siyasəti proqramı hazırlanır”.


ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targay Azərbaycanın enerji istehlakını 100% təmin etdiyini və enerji səmərəliliyi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirdiyini qeyd edib, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılmasını xüsusi vurğulayıb. O həmçinin bildirib ki, bu tipli müəssisələrin sayını artırmaq lazımdır və ATƏT bu layihələrə hər zaman dəstək olacaq.


Konfrans iki panellə davam edib. Keçirilən birinci panelin mövzusu “Azərbaycanda enerji səmərəliliyi: perspektivlər və problemlər”, ikinci panelin mövzusu isə “Enerji səmərəliliyi: məktəblərdə konsepti necə tamamlamalı?” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR