Azərbaycan paytaxtında avtobus, yük maşını və yanacaq daşıyan avtomobil toqquşub

Azərbaycan paytaxtında avtobus, yük maşını və yanacaq daşıyan avtomobil toqquşub
# 05 iyul 2013 06:23 (UTC +04:00)

Qaradağ Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

Qəza zamanı Bakı-Qazax istiqamətində hərəkət edən sərnişin avtobusu, “Ford” markalı yük maşını və “Azpetrol” şirkətinə məxsus təhlükəli maye daşıyan maşın toqquşub.

Qəza zamanı bir uşaq xəsarət alıb. Hadisə ilə əlaqədar ərazidə böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR