“Neft Azərbaycanın sərvətidir” adlı sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb - FOTO

“Neft Azərbaycanın sərvətidir” adlı sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTO
# 13 iyun 2013 09:52 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sərgi salonunda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Neft Azərbaycanın sərvətidir” adlı sərgi-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, sərgi-müsabiqə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov müsabiqə iştiraklarını təbrik edib. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentləri Xaliq Məmmədov və Süleyman Qasımov da çıxış edib.

Tədbirin sonunda qaliblərə mükafatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR