Bakıda 2-ci “Sağlamlıq turizmi və işbirliyi günləri” adlı tədbir keçirilir - FOTO

Bakıda 2-ci “Sağlamlıq turizmi və işbirliyi günləri” adlı tədbir keçirilir - <span style="color: red;">FOTO
# 13 dekabr 2013 10:59 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bakıda 2-ci “Sağlamlıq turizmi və işbirliyi günləri” adlı tədbir keçirilir. APA-nın məlumatına görə, tədbirdə Türkiyədən olan 18 klinika, səhiyyə sahəsində çalışan təşkilat, eyni zamanda Azərbaycanın səhiyyə müəssisələri öz xidmətlərini tədbir iştirakçılara və qonaqlara təqdim ediblər.

Tədbirin əvvəlində çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin konsulu Meral Barlas qonaqlara tədbir barədə məlumat verib və Türkiyədə səhiyyə sahəsində əldə olunan uğurlardan danışıb. Onun sözlərinə görə, Türkiyə ilə qonşu ölkələrin vətəndaşları son illər ərzində məhz Türkiyədə müalicə almağa üstünlük verirlər. Buna səbəbi kimi M.Barlas Türkiyədə ixtisaslaşmış cərrahların, həkimlərin xidmətinin yüksək səviyyədə olduğunu göstərib.

Daha sonra çıxış edən Türkiyə səhiyyə nazirinin məsləhətçisi Əhməd Cömərt bildirib ki, hər il Türkiyədə fəaliyyət göstərən tibb müəssisələri yeni və qabaqcıl avadanlıqla təchiz olunur, göstərilən xidmət ildən ilə yaxşılaşır: “Ötən il Türkiyədə orqanların transplantasiyası ilə bağlı 4000 cərrahiyə əməliyyatı keçirilib, 500 mindən çox xarici vətəndaş ölkəmizdə müalicə alıb”.

Ə.Cömərt eyni zamanda Türkiyə ilə Azərbaycan arasında səhiyyə sektorunda əməkdaşlığın genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini qeyd edib: “Güclü Azərbaycan - güclü Türkiyə deməkdir. Biz əməkdaşlığımızı inkişaf etdirmək istəyirik”.

Çıxışlardan sonra qonaqlar tədbirdə iştirak edən tibb müəssisələrinin təqdim etdiyi xidmətlərlə tanış olmaq imkanı qazanıblar. Tədbir dekabrın 14-də sona çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR