Ağcabədidə ev yanıb

Ağcabədidə ev yanıb
# 27 iyun 2016 19:36 (UTC +04:00)

Bakı-APA. Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcəbədi rayonu, Şənlik kəndində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları 20 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 3 tonu yanıb.

Ev və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR