Avropa Liqası: “Qəbələ” səfərdə “Borussiya”-ya məğlub olub - VİDEO

Avropa Liqası: “Qəbələ” səfərdə “Borussiya”-ya məğlub olub - <span style="color: red;">VİDEO
# 05 noyabr 2015 21:02 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasının qrup mərhələsi çərçivəsində IV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşıb.

Təmsilçimiz güclü rəqibi ilə oyundan məğlub ayrılıb. Romaq Qriqorçukun yetirmələri 4 cavabsız qolla yenilərək, növbəti mərhələ şanslarını da möcüzəyə saxlayıb.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

5 noyabr

C qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” (Azərbaycan) - 4:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR