Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıtda yaşayış binasında yanğın olub
# 26 avqust 2014 06:54 (UTC +04:00)

Bakı-APA. Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR