ABŞ-ın Kaliforniya ştatında zəlzələ olub

ABŞ-ın Kaliforniya ştatında zəlzələ olub
# 17 avqust 2015 17:22 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatında 4,0 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Pidmont şəhəri yaxınlığında, ocağı isə 5,4 km dərinlikdə yerləşib.

Zəlzələ qonşu Oklend şəhərində də hiss olunub.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR