Saxta əsginas satmaqda təqsirləndirilən şəxsin cəzası azaldılıb

Saxta əsginas satmaqda təqsirləndirilən şəxsin cəzası azaldılıb
# 13 fevral 2013 08:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində saxta əsginas satmaqda təqsirləndirilən İsgəndər Soltanlının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunaraq İ. Soltanlının cəzası 10 ildən 8 ilə endirilib.

Qeyd edək ki, əvvəllər də məhkumluq həyatı yaşayan İsgəndər Soltanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 700 ədəd saxta 100 dollarlıq əsginası 4000 manat satarkən tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Soltanlı 10 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR